16 C
Baku
Thursday, November 13, 2025

“Toyota” ABŞ-də istehsala $10 milyard sərmayə qoyur

“Toyota” şirkəti ABŞ-də inşa etdiyi elektrik avtomobilləri üçün akkumulyator zavodunda istehsala artıq başladığını açıqlayıb. Zavodun tikintisinə təxminən 14 milyard dollar sərf olunub.

“Növbəti beş il ərzində ABŞ-də əlavə 10 milyard dollar sərmayə yatırmağı planlaşdırırıq. Bununla da ölkəyə yatırılan ümumi investisiyalarımızın həcmi 60 milyard dolları ötəcək”, — deyə “Toyota”nın ABŞ bölməsinin prezidenti Ted Agava bildirib.

“Toyota” prezident Donald Trampın hakimiyyəti dövründə ABŞ-yə iri sərmayə yatıracağını bəyan edən növbəti şirkət olub.

Bundan əvvəl o, Yaponiyanın avtomobil şirkətlərini dəfələrlə tənqid etmişdi. Aprel ayında administrasiyası Yaponiyadan idxal olunan mallara 27,5% gömrük rüsumu tətbiq etmiş, lakin sentyabrda bu rüsumu 15%-ə endirmişdi. “Nikkei” yazır ki, bu qərar nəticəsində Yaponiyanın yeddi ən böyük avtomobil istehsalçısı təxminən 10 milyard dollar mənfəət itkisi ilə üzləşib.

Son xəbərlər
Digər xəbərlər