15 C
Baku
Friday, November 14, 2025

“MSDİS Holding”in dövlətə vergi borcu 18 milyon manatı ötüb

“MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 18 129 820.72 manatdır.

Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”, “MS Asfalt”  “MS Karyer” sahələridir.

Son xəbərlər
Digər xəbərlər