“McLaren” tarixindəki ilk SUV modelini 2028-ci ildə buraxmağı planlaşdırır.
Bu plan Böyük Britaniyada keçirilən dilerlərin qapalı iclasında açıqlanıb və iştirakçılara artıq ilkin dizayn maketi nümayiş etdirilib.
“P47” indeksinə malik krossover “Porsche Cayenne Turbo GT”yə bənzəyir, lakin daha böyük və daha effektlidir.
Avtomobil hibrid olacaq və V8 mühərriki ilə təchiz ediləcək. Krossoverin təxminən 300 min dollar qiymətində olacağı gözlənilir.






