15 C
Baku
Sunday, November 16, 2025

Türkiyə XİN başçısı: Rusiya–Ukrayna müharibəsi bitməyə ən yaxın nöqtədədir

“Rusiya–Ukrayna müharibəsi bitməyə ən yaxın nöqtədədir”.

Bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan səsləndirib.

Türkiyə XİN başçısı Ankaranın bu istiqamətdə fəal iş apardığını bildirib:

“Artıq dördüncü ilinə yaxınlaşan müharibədən danışırıq. Bu, 21-ci əsrdə Avropanın mərkəzində bu qədər insan və böyük maliyyə itkilərinin baş verdiyi müharibədir. Rusiya-Ukrayna müharibəsi 1 milyondan çox insanın ölümü, şəhərlərin dağıdılması, milyonlarla insanın miqrasiyası, qlobal enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təhdid ilə nəticələndi. Təbii ki, müharibəyə son qoyulmalıdır. Bizim siyasətimiz əvvəldən bu yöndə olub.
Bu vəziyyəti dərk edən aktorlar lazımi anda prosesə müdaxilə etməli, təhlil aparmalı və hərəkətə keçməlidir. Biz bunun üzərində işləyirik, inşallah, tezliklə nəticələri görəcəksiniz”, – deyə Hakan Fidan vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər