14 C
Baku
Monday, November 17, 2025

Aİ Komissiyası 2026-cı il üçün Avrozona iqtisadiyyatının artım proqnozunu aşağı salıb

Avropa Komissiyası (AK) Avrozona iqtisadiyyatının 2026-cı il üçün artım proqnozunu 1,4%-dən 1,2%-ə, Avropa İttifaqının ümumi iqtisadi artım proqnozunu isə 1,5%-dən 1,4%-ə endirib, bu barədə “EurActiv” məlumat yayıb.

Məlumata görə, Brüsselin hesabatında proqnozun “hələ də yüksək qeyri-müəyyənliklə müşayiət olunduğu”, risk balansının isə “aşağı yönümlü” qaldığı qeyd olunur. Avropa Komissiyası bildirib ki, ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə (FED) təzyiqləri, ticarət gərginliyinin yenidən artması, Ukrayna münaqişəsinin eskalasiyası və təbii fəlakətlər Avropa İttifaqı və dünya iqtisadiyyatının artımı üçün ciddi risklər yaradır.

Brüssel üçün daha bir təhlükə isə son dövrlər qeyri-sabitlik nümayiş etdirən ABŞ fond bazarlarında baş verə biləcək qəfil çökmədir. Bu qeyri-sabitliyin səbəbi investorların süni intellektin məhsuldarlıq və gəlirlilik imkanları barədə artan narahatlığıdır.

30 oktyabrda Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini üçüncü dəfə ardıcıl olaraq dəyişməz saxlayıb: depozit dərəcəsi – 2%, əsas faiz dərəcəsi – 2,15%, marja kredit dərəcəsi – 2,4%.

Son xəbərlər
Digər xəbərlər