14 C
Baku
Monday, November 17, 2025

“Emirates” şirkəti “Boeing”dən $38 milyardlıq 65 təyyarə sifariş edib

“Emirates Airline” aviadaşıyıcısı “Boeing Co.” şirkətindən ümumi kataloq dəyəri 38 milyard dollar olan 65 geniş gövdəli təyyarənin alınması barədə müqavilə imzalayıb. Tədarük 2027-ci ilin ikinci rübündə başlayacaq.

Bu əməliyyatdan sonra “Emirates”in “Boeing”dən sifariş etdiyi geniş gövdəli təyyarələrin ümumi sayı 315-ə, mühərriklərin sayı isə 540-a çatıb. “Emirates” dünyada “Boeing 777” təyyarələrinin ən böyük operatorudur.

“Reuters” mənbələrə istinadən yazır ki, “Airbus” şirkəti “Flydubai” şirkətindən dar gövdəli təyyarələr üzrə sifarişlərin əsas hissəsini əldə edə bilər. Mənbələrin sözlərinə görə, “Flydubai” təxminən yüz ədəd A321neo və bir neçə on 737 MAX təyyarəsi sifariş edəcək.

Son xəbərlər
Digər xəbərlər