14 C
Baku
Monday, November 17, 2025

Milyarder Piter Til “Nvidia”dakı bütün səhmlərini satıb

“PayPal”ın həmtəsisçisi və “Palantir Technologies”in qurucusu Piter Til “Nvidia”nın 537 742 səhmindən ibarət paketini satıb. Bu barədə SEC-ə təqdim olunan 13F hesabatında bildirilir. Sentyabrın sonuna olan məlumata görə, səhm paketinin bazar dəyəri təxminən 100 milyon dollar təşkil edib. Fondun idarə etdiyi aktivlər isə 212 milyon dollardan 74,4 milyon dollara düşüb.

Bu addım “SoftBank”ın bir həftə əvvəl “Nvidia”dakı 5,8 milyard dollarlıq payını satmasından sonra atılıb. Til süni intellektin (Sİ) inkişafı ilə bağlı “SoftBank”ın qurucusu Masaesi Sondan daha az optimist olsa da, hər iki tərəf dünyada ən bahalı şirkətin səhmlərindən imtina etməyə qərar verib. “Bloomberg” yazır ki, səbəb Sİ-yə edilən investisiyalarda “köpük” yaranması ilə bağlı artan narahatlıqlardır.

Niyə bu vacibdir?

909 hedc-fondun hesabatlarının təhlili göstərib ki, Uoll-Stritdə “Nvidia” ilə bağlı əhval-ruhiyyə demək olar ki, bərabər bölünüb: 161 fond şirkətdəki mövqelərini artırıb, 160-ı isə azaldıb. Bildirilir ki, Tilin portfelində əsas mövqelər indi “Apple”, “Microsoft” və kiçilsə də hələ də əhəmiyyətli paya malik olan “Tesla” sayılır. Bununla belə, milyarder “Substrate”, “Mercor” və “Cognition AI” daxil olmaqla Sİ ilə bağlı startaplara investisiya qoymağa davam edir.

Son xəbərlər
Digər xəbərlər