14 C
Baku
Monday, November 17, 2025

Türkiyə gəmisi Odessada vurulub

4 min tonluq yük daşıyan türk gəmisi vurulub.

Ukraynanın Odessa bölgəsindəki İzmail Limanında dayanan, təxminən 4 min ton maye qaz daşıyan Türkiyə gəmisi “ORINDA” zərbə alıb. Hadisə nəticəsində yanğın başlayıb.

Rumıniyanın Plauru kəndinin sakinləri isə hücumdan sonra alovlanan gəmidə partlayış təhlükəsi yarandığı üçün təxliyə edilib.

Dənizçilik Baş İdarəsinin açıqlamasına görə, Türkiyə bayrağı altında üzən və heyətində 16 türk dənizçisi olan “ORINDA” adlı gəmiyə Ukraynanın İzmail Limanında boşaltma zamanı zərbə dəymiş və yanğın baş verib. Heyət üzvləri gəmini təhlükəsiz şəkildə tərk ediblər. Hadisə nəticəsində xəsarət alan yoxdur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər