Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 156 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə geriləyərək 84.82 MB/S sürətlə 84-cü yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Suriya tutub.
Azərbaycan mobil internetin sürətinə görə sentyabr ayına nisbətən oktyabrda 1 pillə geriləyərək 79.94 MB/S sürətlə 104 ölkə arasında 53-cü olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.







