Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında sel və daşqınlara qarşı layihələndirmə xidməti üçün müqavilə bağlanıb.
Banker.az xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə layihələndirmə xidmətləri üzrə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Cəbrayıl və Zəngilan şəhərlərində dağlardan və dərələrdən gələn sel sularının, Qubadlı şəhərində isə Bərgüşad çayından gələn sel və daşqın sularının mühafizəsi məqsədilə layihələndirmə xidmətləri həyata keçiriləcək.
Müqavilənin ümumi məbləği 922.170 AZN təşkil edir.







