17 C
Baku
Thursday, November 20, 2025

BOKT “International” 50 investordan 18 faizlə faizli borc cəlb etdi

Bakı Fond Birjasıda (BFB) 20 noyabrda BOKT “International” ASC-nin AZ2041021026 İSİN-li 10 min ədəd, 1 mln manatlıq, illik 18%-li istiqrazlarının yerləşdirilməsini uğurla tamamlayıb və qiymətli kağızlar Standart bazara qəbul edilib.

Bankr.az xəbər verir ki, hərracda 50 investor iştirak edib, bütün sifarişlər 100 manat qiymətlə təmin olunub. Underwriter: “PAŞA Kapital” QSC.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2041021026
İstiqrazların növü və forması İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 18%
Minimal qiymət 100 (18.0000%) manat
Maksimal qiymət 100 (18.0000%) manat
Kəsmə qiyməti 100 (18.0000%) manat
Ortaçəkili qiyməti 100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi 1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 50
Sifariş sayı 50
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 3 il
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC
Son xəbərlər
Digər xəbərlər