15 C
Baku
Thursday, November 20, 2025

Gələn il pensiyalar bu qədər artacaq

Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək.

Bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək.

“Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq”, – deputat bildirib.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər