16 C
Baku
Friday, November 21, 2025

Azərbaycan qızıl və gümüş hasilatını 20% yüksəlib – İxrac gəlirləri

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İstehsal edilmiş qızıl öncəki ili  20 faiz üstələyib. Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında isə ümumi 2 349 kq və ya qızılın təqribən 19 min unsiya və ya 536 kq-ni yaxını Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” tərəfindən istehsal edildiyi açıqlanmışdı.

Gümüş istehsalı illik müqayisədə 19 faiz yüksəlişlə 3218 kq-a yüksəlib.

Mis hasilatı isə 3 330,1 ton olmaqla tarixi maksimuma yüksəlib.

Xatırladaq ki, Azərbaycan bu ilin ilk 9 ayında İsveçrəyə 3 675 kq və ya 237.97 mln. dollar həcmində qızıl satıb. Bunun 165.6 mln. dollarını dövlət şirkəti “AzerGold” QSC və 84.9 mln. dolları isə “Anglo Asian Mining”ə daxil olan şirkət tərəfindən satılıb.

Öncəki ilin eyni dövründə xaricə 115.26 dollarlıq qızıl satılmışdı.

Son xəbərlər
Digər xəbərlər