6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasında daha bir təyinat olub

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində növbəti addım atılıb.

Palatadan Reporta verilən məlumata görə, qurumun Bank fəaliyyətinə nəzarət Departamentinin daxilində Bank olmayan kredit təşkilatlarına nəzarət İdarəsi yaradılıb. Bu idarənin rəisi vəzifəsinə isə Xəyyam İsmayılov təyin olunub.

Qeyd edək ki, X.İsmayılov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentində böyük mütəxəssis kimi çalışıb.

Son xəbərlər
Digər xəbərlər