Macarıstan qanunsuz miqrantlara qarşı sıfır tolerantlıq siyasətindən imtina edib onları öz ərazisinə buraxmaqdansa, Avropa Komissiyasına gündə 1 milyon avro cərimə ödəməyə razı olardı.
Macarıstanın Baş naziri Viktor Orban bunu xarici turistləri Milad tətillərində ölkəyə səfər etməyə dəvət edərək bildirib.
“Qanunsuz miqrantları ölkəyə buraxmadığımız üçün Brüsseldən gündə 1 milyon avro cərimə? Biz ödəyəcəyik. Həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün. Qorxu içində yaşamaqdan daha yaxşıdır. Bu Miladda Macarıstana gəlin və Avropanı olduğu kimi görün”, – Orban “X” paylaşımında yazıb.








