13 C
Baku
Tuesday, November 25, 2025

Azərbaycanda bu halda valideynlər uşaq üçün hər ay pul ala bilərlər

Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1 yaşınadək uşağı olan ailələrə müavinət verilir.

Bu müavinət əksər hallarda vətəndaşın hər hansı quruma müraciəti və sənəd təqdim etməsi tələb olunmadan proaktiv qaydada müəyyən edilir.

Müavinət ailənin “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən ünvanlı sosial yardım almaq hüququ yarandıqda təyin olunur.

Bu sosial dəstəyin məbləği 140 manatdır. Ödəniş uşağın bir yaşı tamam olan ayın sonunadək davam edir.

Sistem elə qurulub ki, müavinət üçün tələb olunan məlumatlar Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) üzərindən elektron qaydada əldə olunduğu halda, vətəndaşdan heç bir sənəd tələb olunmur və müavinət avtomatik təyin edilir.

Elektron məlumatların əldə olunmasının qeyri-mümkün olduğu hallarda isə aşağıdakı sənədlər təqdim olunur:

Müraciət edən şəxsin şəxsiyyəti təsdiq edən sənədin surəti;

Uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti.

Zərurət yarandıqda vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinə, “DOST” mərkəzlərinə, Şəhid ailələri, qazilər və əlilliyi olan şəxslər üçün yaradılmış vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.

Müraciət qeydə alındığı gündən 10 gün ərzində qərar qəbul edilir. İmtina olduğu halda səbəblər göstərilməklə vətəndaşa 5 gün ərzində məlumat verilir. Vətəndaş qərardan inzibati qaydada və məhkəmə vasitəsilə şikayət verə bilər.

Müavinət hüququ olduğu halda vətəndaş müraciət etdikdə, ödəniş maksimum 3 il əvvəlki dövr üçün də həyata keçirilə bilər.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər