14 C
Baku
Thursday, November 27, 2025

Şimali Koreya məktəbliləri üçün rus dili məcburi fənn kimi tədris olunmağa başlayıb

Şimali Koreyada rus dili 4-cü sinifdən etibarən məcburi fənn kimi tədris olunmağa başlayıb. Bu barədə Rusiya ilə KDPR arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri və Rusiyanın təbii ehtiyatlar naziri Aleksandr Kozlov bildirib.

“Bilirəm ki, KDPR məktəblərində rus dili 4-cü sinifdən məcburi tədris dili kimi tətbiq edilib. Rusiyada isə hazırda 3000-dən çox məktəbli koreya dilini öyrənir. Onların böyük hissəsi koreya dilini ikinci və ya üçüncü xarici dil kimi seçir”, — deyə o, komissiyanın iclasında qeyd edib.

O həmçinin əlavə edib ki, Rusiya tərəfi 2026-cı ildə KDPR-də Rus dili üzrə Açıq Təhsil Mərkəzinin açılmasına ümid edir. Mərkəz Kim Çhol Çcu adına Pedaqoji Universitetinin bazasında fəaliyyət göstərəcək.

29 iyunda Rusiya və Şimali Koreyanın mədəniyyət nazirlikləri mədəni əməkdaşlıq planını imzalayıblar. Bundan sonra KDPR avqust-sentyabr aylarında “Mansude” incəsənət əsərləri sərgisini təşkil etmək qərarına gəlib. Moskva isə Rusiyada yaşayan xalqların ənənələri və mədəniyyəti kontekstində rus dilinə həsr olunmuş mədəni tədbirlər planı hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər