13 C
Baku
Friday, November 28, 2025

AYNA-ya yeni səlahiyyət verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycanın 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.

Son xəbərlər
Digər xəbərlər