Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək.
Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.
Bundan başqa, Ağdaşda 32 tikili və 71 496 ədəd ağac qiymətləndiriləcək.






