Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatların həcmi 2025-ci ilin ilk 10 ayında 1 milyard 277.2 milyon manata yüksəlib. Burada, bank sistemi və “AzərPoçt” MMC üzrə göstəricilərlə hesablanır
Banker.az xəbər verir ki, bu da öncəki ilin eyni dövründə qeydə alınan göstəricidən 70.4 mlrd. manat və ya 6 faiz yüksək göstəricidir.
Belə ki, 2024-cü ilin ilk 10 ayında 1 mlrd. 206.8 mln. manat əcnəbilər bank karları ilə əməliyyatlar aparmışdı.
Aparılan əməliyyatların 137.7 mln. manatı oktyabrın, o cümlədən bunun da 88.6 mln. manatı “Visa” kartları, 45.1 mln. manatı isə “Mastercard” ilə aparılıb.
Ən yüksək əməliyyatlar isə bu ilin sentyabrında 158.4 mln. manatla qeydə alınıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2 mln. 171.6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz az əcnəbi şəxs gəlib.
Gələnlərin 24.4 faizi Rusiya Federasiyası, 17.4 faizi Türkiyə, 8.0 faizi İran, 6.6 faizi Hindistan, 4.3 faizi Səudiyyə Ərəbistanı, 4.2 faizi Gürcüstan, 4.0 faizi Qazaxıstan, 3.4 faizi Pakistan, 2.6 faizi Çin, 2.4 faizi İsrail, 2.3 faizi Özbəkistan, 1.6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.4 faizi Ukrayna, 1.2 faizi Türkmənistan, hər birindən 1.1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12.9 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Gələnlərin 66.4 faizini kişilər, 33.6 faizini qadınlar təşkil edib.









