Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “M Bulak Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 000 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə “Mol Bulak” adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. BOKT-nin nizamnamə kapitalının 95.93% – Aleksey Kokarev və 4.07% – Babirjan Tolbayevə məxsudur. Bu barədə 2021-ci il üzrə audit hesabatında qeyd edilmişdi. 2021-ci ilə qədər BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkəti sayılırdı.








