“A+CO” ASC (Aplus Co) 2025-ci ilin ilk yarısında 706 min manata düşüb. Halbuki, 2024-cü ilin yarımilində şirkət 1 milyon 289 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az bunu şirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir.
Beləliklə, şirkətin xalis mənfəəti bir il ərzində təxminən 45 faiz azalıb.
2024-cü ilin ilk altı ayında ümumi mənfəət 5 milyon 322 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 6 milyon 426 min manat səviyyəsinə yüksəlib.
Xalis mənfəətinin azalmasına səbəb inzibati və ümumi xərclərin kəskin artımdır.
Xatırladaq ki, “A+Co” Açıq Səhmdar Cəmiyyəti 22.12.1997-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalı və satışının həyata keçirilməsidir.









