Xocavənddə çoxmənzilli yaşayış binasının təmiri üçün 1,7 milyon manatlıq müqavilə bağlanıb.
Banker.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ Xocavənd şəhərində çoxmənzilli yaşayış binasının təmir işləri ilə bağlı satınalma keçirib.
70 mənzilli, ümumi sahəsi 4 900 m² olan binanın təmirinin həyata keçirilməsi üçün müsabiqənin qalibi “İQ Mining” MMC olub.
Layihənin dəyəri 1 686 977,25 manat təşkil edir.







