“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tərk edib.
Banker.az xəbər verir ki, Tural Bayramov “MFX-Trading İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb.
O, bu vəzifəyə 2024-cü ilin fevral ayında təyin edilmişdir.
Tural Bayramov investisiya şirkətində direktor kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb.






