12 C
Baku
Thursday, December 4, 2025

CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır

Cənubi Afrika Respublikası ABŞ-nin sədrlik etdiyi dövrdə G20-nin ilk iclasında iştirak üçün dəvət almadığına görə buradakı fəaliyyətinə fasilə verib.

Bunu CAR Prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.

O əlavə edib ki, Pretoriya G20-də fəal işini 2026-cı ilin dekabrında, sədrliyin ABŞ-dən Böyük Britaniyaya keçməsi ilə bərpa edəcək.

“Bir ildən sonra Böyük Britaniya G20-yə sədrlik edəcək və biz yenidən bütün dünya üçün həqiqətən vacib olan məsələləri məzmunlu və əhatəli şəkildə müzakirə edə biləcəyik”, – rəsmi nümayəndə vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər