“GL” ASC-nin (Sizin Lombard) Bakı Fond Birjasında (BFB) AZ2039020287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində yekunlaşmışıb.
Banker.az xəbər verir ki, “Sizin Lombard”ın 15% illik gəlirlilik təklif edən istiqrazlarına 50 sifariş verilib. İstiqrazların ümumi həcmi 2 mln. manatı əhatə edir.
Xatırladaq ki, “GL” ASC 2016-cı ildə təsis edilib və səhmdarı 100 faiz payla Quliyev Fərman Eldar oğludur.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “GL” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2039020287 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 2,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 2,000,000 manat |
| Kupon faizi | 15% |
| Ödəmə Periodu | Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
| Tədavül müddəti | 7 il |
| Hərrac qiyməti* | 1,000 manat |
| Reallaşdırılmış həcm | 2,000,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 2,000,000 manat |
| İnvestor sayı | 50 |
| Sifariş sayı | 50 |
| Anderrayter | “İnvest-AZ İnvestisiya Şirkəti” QSC |






