2026-2028-ci illərdə Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.
Sənədə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi nəzərdə tutulub. Eyni zamanda gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsi müəyyənləşdiriləcək.
Nəticədə bu istiqamətdə normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqi həyata keçiriləcək.
Planın əsas icraçısı Nazirlər Kabineti, digər icraçılar isə, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.







