Moped sürücüləri də dəbilqə taxmadığı halda cərimələnəcək.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti və mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə və mopeddə daşımağa görə sürücülər 40 manat məbləğində cərimə ediləcək.
Mövcud qanunvericilikdə bu qayda sadəcə motosiklet sürücülərinə aiddir.








