12 C
Baku
Monday, December 8, 2025

Azərbaycan Slovakiya ilə data mərkəzləri sahəsində əməkdaşlıq etmək niyyətindədir

Beynəlxalq data mərkəzləri habı kimi öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.

Bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə mətbuata birgə bəyanatında deyib.

“Biz bu gün informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Azərbaycanın burada üstünlüyü ondan ibarətdir, bizdə kifayət qədər enerji potensial var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir. Növbəti 5 il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas faktorlardan biridir. İqlim də burada önəmli faktordur. Baxmayaraq ki, biz cənub ölkəsiyik, amma çox soyuq bölgələrimiz də var ki, oralarda ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”, – deyə dövlət başçısı bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər