“Azərbaycan və Ermənistan arasında uzun illərdən sonra sülh sazişi paraflanıb. Azərbaycanı və Azərbaycan xalqını təbrik etmək istəyirəm”.
Bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.
Slovakiya Prezidenti bildirib ki, artıq diqqət postmünaqişə dövrünə yönəldiləcək: “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcək ki, biz Azərbaycanın enerji resurslarından istifadə edə bilək. Müdafiə sənayesi sahəsində biz sadəcə Azərbaycana silah satmaq niyyətində deyilik. Biz özüyeriyən artilleriya qurğuları və s. sahədə böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, birgə istehsalın üzərində işləyə bilərik. Birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik”.
Pelleqrini qeyd edib ki, artıq Azərbaycan artilleriya sistemlərinin alışı üçün niyyətini bildirib.
Slovakiya Prezidenti bildirib ki, bu silahlar Azərbaycan Ordusunun qüdrətini daha da artıracaq.







