8 C
Baku
Friday, December 13, 2024

Devalvasiyadan əvvəl 10 min dollaradək kredit götürənlərə kompensasiya verilə bilər

Ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini ilk dəfə təklif edəndə bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib:

“O zaman kompensasiya mexanizmini rəsmi şəkildə hökumətə də təqdim etdim. İkinci devalvasiyadan sonra isə bu məsələni daimi olaraq gündəmdə saxlamağa çalışdım. Çox sevindirici haldır ki, müxtəlif steykholderlə o cümlədən, parlament, mətbuat, müstəqil iqtisadçılar bu təşəbbüsə ciddi dəstək verdilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır. Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir”.
İqtisadçının fikrincə, hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə, kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olar: “Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq. Rəsmi qərarı gözləyək”.

Milli.az

Son xəbərlər
Digər xəbərlər