11 C
Baku
Tuesday, December 9, 2025

“BakuBus” Albalılıq qarajını yeniləməyə 13 milyon manat yönəltdi

“BakuBus” Albalılıq qarajı üçün iki böyük satınalma həyata keçirib.

Banker.az xəbər verir ki, “BakuBus” MMC Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Albalılıq avtobus qarajı ilə bağlı iki ayrı satınalma müqaviləsi imzalayıb.

Birinci satınalma çərçivəsində şirkət “BAKELEKTRO” ASC-dən Albalılıq qarajının elektrik təchizatı işlərinin görülməsi üçün 12.255.098,48 AZN məbləğində xidmət alıb.

Digər müqavilə isə “Toptul.az” MMC ilə bağlanıb. Söhbət BakuBus-ın Albalılıq ərazisində yerləşən avtobus parkının təmir mərkəzi üçün tələb olunan alət və avadanlıqların satın alınması və quraşdırılmasından gedir. Bu satınalmanın dəyəri 738.504,14 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər