12 C
Baku
Wednesday, December 10, 2025

“Amazon” Hindistanda AI-nin inkişafına $35 milyard xərcləyəcək və 1 milyon iş yeri yaradacaq

“Amazon” Hindistandakı biznesinə genişmiqyaslı sərmayələr yatıracağını açıqlayıb. Amerikanın pərakəndə nəhəngi 2030-cu ilə qədər süni intellektin tətbiqi, ölkənin ixrac potensialının artırılması və əlavə iş yerlərinin yaradılması üçün 35 milyard dollar investisiya qoymağı planlaşdırır.

Şirkət bildirib ki, artıq Hindistan iqtisadiyyatına demək olar ki, 40 milyard dollar yatırıb və ölkədə birbaşa və ya dolayı yolla təxminən 2,8 milyon iş yerini dəstəkləyir. Yeni sərmayələr bu rəqəmi 2030-cu ilə qədər 3,8 milyona çatdırmalıdır.

Bundan əvvəl “Microsoft” Hindistanda süni intellekt infrastrukturunun inkişafına, həmçinin bu sahədə mütəxəssislərin təliminə və ixtisasartırmasına 17,5 milyard dollar sərmayə qoyacağını açıqlamışdı. Daha əvvəl isə “Google” Hindistanda Sİ üçün data-mərkəzlərin tikintisinə 15 milyard dollar yatıracağını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər