2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət balansında nəticədə 1 milyard 463.5 milyon dollar məbləğində müsbət saldo yaranıb. Halbuki, bu ilk doqquz aya qədər 1 milyard 864.7 milyon dollar idi.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xarici ticarət dövriyyəsi 39 milyard 913.9 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 20688.7 milyon dollarını və ya 51.8 faizini ölkədən ixrac olunmuş məhsulların, 19225.2 milyon dollarını (48.2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.9 faiz artmış, real ifadədə isə 7.9 faiz azalmışdır. İdxal real ifadədə 7.9 faiz, ixrac isə 7.8 faiz azalıb.
2025-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2987.8 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6.6 faiz artmış, real ifadədə isə 17.7 faiz azalmışdır.








