6 C
Baku
Sunday, December 15, 2024

Yeni İctimai Birlik təsis edildi

7 iyun 2016-cı il traixində  “Excelsior Hotel Baku” otelində baş tutmuş tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısında “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edildi.

Görüşdə “AtaHolding”, “Veysəloğlu”, “Excelsior Hotel Baku”, “Paşa Həyat Sığorta”, “Bakcell”,  “ AtaBank”,  “Caspian Development Bank”, “Hed Akademi” şirkətlərinin PR menecerləri və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri iştirak edirdilər. Tədbirdə  Azərbaycan İctimaiyyətlə Əlaqələr  Assosiasiyasının  (Azerbaijan Public Relations Association – APRA) təsis  edilməsi ilə  bağlı məsələlər və  gələcəkdə assosiasiyanın qarşısında duran vəzifələr müzakirə  olundu.

“Veysəloğlu” Holdinqin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, eyni zamanda APRA-nın sədri İlham Məmmədov bildirdi ki, yeni təsis edilən Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası (Azerbaijan Public Relations Association-APRA) Azərbaycanın PR sahəsinin inkişafına öz töhfəsini verəcək. Assosiasiyanın beynəlxalq PR assosiasiyalarına da üzv olacağını deyən İ.Məmmədov həmçinin bildirdi ki, təşkilatın yaradılmasında əsas məqsəd ölkədə İctimaiyyətlə Əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahəsnin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır.

«AtaHolding”  Korporativ Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova qeyd etdi ki, PR-menecerləri, PR-agentliyi və biznesin PR-strukturunu peşəkar səviyyədə birləşdirə və fəaliyyətinin koordinatoru ola biləcək assosiasiyanın yaradılması zərurəti çoxdan yetişmişdi. Biz assosiasiyanın qarşıdakı fəaliyyətində uzun müddət ictimai əlaqələr sahəsində topladığımız bilik və təcrübəmizdən istifadə etməyi qərara aldıq.

Nəzərdə tutulmuşdur ki, assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcək. İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı üçün şərait yaradacaqdır.

Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Bundan başqa, müvafiq hökumət  və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi baş tutacaq.

Şübhəsiz, Azərbaycan İctimai Əlaqələr Assosiasiyasının yaradılması və fəaliyyəti müasir cəmiyyətin mühüm və ayrılmaz hissəsinə – ölkəmizdə ictimaiyyətlə əlaqələrə xidmət edəcək.

Son xəbərlər
Digər xəbərlər