“Coca-Cola”nın baş direktoru dəyişir — Ceyms Kuinsi doqquz il sonra vəzifəsindən gedir

“Coca-Cola”nın baş direktoru dəyişir — Ceyms Kuinsi doqquz il sonra vəzifəsindən gedir. Şirkətin mətbuat xidmətinin məlumatına görə, 2026-cı ilin mart ayının sonunda onu şirkətin əməliyyat direktoru Enrike Braun əvəz edəcək.

Kuinsi şirkətdə 1996-cı ildən çalışır. O, 2017-ci ildə “Coca-Cola”nın baş direktoru, 2019-cu ildə isə Direktorlar Şurasının sədri olub. Vəzifədən getdikdən sonra o, şirkətdə icraçı sədr postuna keçəcək.

“Bloomberg” qeyd edir ki, Kuinsinin rəhbərliyi dövründə “Coca-Cola”nın səhm dəyəri 60%-dən çox artıb. O həmçinin şirkətin məhsul xəttini genişləndirib — məsələn, çeşidə qəhvə və idman içkiləri əlavə olunub.

“Coca-Cola”nın mətbuat xidmətinin məlumatında bildirilir ki, Kuinsi şirkətin strategiyasını və əməliyyat modelini yeniləyib və onu “daha çevik” etmək üçün mühüm dəyişikliklər edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər