Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində yeni sədr müavini təyinatı olub.
Banker.az xəbər verir ki, bu vəzifə Elnur Musayevə həvalə olunub.
Elnur Musayev 2012-2020-ci illərdə “AGBank” ASC-də rəhbər vəzifələrdə çalışıb.
O, bakalavr təhsilini 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə 2004-2007-ci illərdə İstanbul Universitetində maliyyə üzrə alıb.







