Ötən ay ləğv edilməsinə qərar verilmiş “Buta Sığorta” ASC bu ilin yanvar-may ayları üzrə yığım və ödənişlərini açıqlayıb. Şirkətdən verilən məlumata görə, cari ilin ilk 5 ayı ərzində 487,46 min manat sığorta haqqı toplanılıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 54,8% azdır.
Hesabat dövründə “Buta Sığorta”nın ödənişləri isə illik müqayisədə 8,7% azalaraq 833,659 min manata enib.
Göründüyü kimi, “Buta Sığorta”nın 5 aylıq yığımları ödənişlərindən 1,71 dəfə az olub.
Report