Gəncə avtomobil zavodunda artıq 14 min Belarus traktorları yığılıb.
Bunu Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç ilin yekunları ilə bağlı səfirlikdə keçirilən jurnalislərlə görüsdə deyib.
Səfir iki ölkə arasında sənaye kooperasiyasının ildən ilə artdığını vurğulayıb.
“Gəncə zavodunda artıq 14 min Belarus traktoru yığılmış, yanğın-xilasetmə və kommunal texnika istehsalına başlanmışdır. Ümid edirəm ki, bu müəssisə Belarus və Azərbaycan arasında maşınqayırma sahəsində sənaye kooperasiyasının əsas mərkəzinə çevriləcəkdir.”
Kooperasiya çərçivəsində artıq liftlər, elektrotexniki məhsullar istehsal olunur, həmçinin tikinti sahəsində layihələrə start verilib. Bu layihələr həm Azərbaycanda, həm də Bakıda tikinti komplekslərinin istehsal güclərinin birləşdirilməsi formatında həyata keçirilir.








