9 C
Baku
Friday, December 19, 2025

Azərbaycanda şüşə istehsalçısının direktoru dəyişib

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Glassica” Qapalı Səhmdar Cəmiyyətinin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Səftər Əliyev Fikrət oğlu bu vəzifəyə təyin edilib.

O bu vəzifədə Sadik Musayev Musa oğlunu əvəz edib.

Xatırladaq ki, şüşə tara məhsullarının istehsalı müəssisəsi olan “Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib. Bu həm də ölkəmizdən Avropaya ilk butulka ixracı olub.

Son xəbərlər
Digər xəbərlər