“KazTransOil” və “Transneft” şirkətləri Qazaxıstan neftinin Rusiya Federasiyasının ərazisindən tranzit rejimində nəqli üzrə 2026-cı il üçün xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıblar.
“KazTransOil”dən verilən məlumata görə, tərəfləri uzunmüddətli tərəfdaşlıq münasibətləri birləşdirir.
Məlumatda qeyd olunur ki, şirkətlərin birgə fəaliyyəti Qazaxıstan neftinin Rusiya ərazisindən Novorossiysk və Ust-Luqa dəniz limanları istiqamətində, habelə Rusiya Federasiyası ilə Belarus Respublikasının sərhədinə qədər ixracını, oradan isə Avropa İttifaqı ölkələrinə daşınmasını təmin edir, həmçinin Rusiya neftinin Qazaxıstan Respublikası ərazisindən tranzitini həyata keçirir. Bundan əlavə, əməkdaşlıq Qazaxıstanın neft emalı zavodlarına neft tədarükü məsələlərini də əhatə edir.







