3 C
Baku
Monday, December 22, 2025

ADY 7 yeni lokomotiv almaq üçün birjadan 30 mln. dollar borc cəlb etmək istəyir

“Azərbaycan Dəmir Yolları” QSC “Bakı Fond Birjası” QSC-də (BFB) 30 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.

Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Emissiyanın əsas məqsədi ADY-nin Alınacaq vəsaitlər 7 ədəd magistral lokomotivin alınmasına (25,935 milyon ABŞ dolları) və əlavə vergi-gömrük rəsmi işlərinə (5,187 milyon ABŞ dolları) yönəldiləcək.

2024-cü ilin audit nəticələrinə görə, qurumun gəlirləri 614.7 milyon manat təşkil edib. Lakin il 1.8 milyard manatdan çox xalis zərərlə başa çatıb. Bu zərərin əsas səbəbi kimi Gürcüstandakı filialın fəaliyyəti və Bakı-Tbilisi-Qars layihəsinin genişləndirilməsi ilə bağlı dövlət maliyyələşməsinin hesabatlarda xərc kimi tanınması göstərilir.

Şirkətin maliyyə sağlamlığını yaxşılaşdırmaq üçün 2024-cü ilin fevral ayında Nazirlər Kabinetinin sərəncamı ilə ADY-nin 1 milyard 70 milyon manat məbləğində dövlət zəmanətli borcu bağışlanıb.

İstiqrazlar 5 il tədavül müddətinə illik 7 faiz gəlirlilik təklif edəcək.

Son xəbərlər
Digər xəbərlər