7 C
Baku
Wednesday, December 24, 2025

WSJ: Çin süni intellekt üzərində nəzarəti gücləndirib

Çin hakimiyyəti süni intellektin inkişafı və istifadəsi üzərində nəzarəti gücləndirir. Bu barədə rəsmi mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Nəşrin qənaətinə görə, Çin hökuməti süni intellekti ölkənin iqtisadi və hərbi gələcəyi üçün mühüm amil kimi dəyərləndirsə də, Pekin xüsusilə çat-botlar daxil olmaqla Sİ-nin cəmiyyəti sabitlikdən çıxara biləcəyindən ehtiyat edir.

Noyabr ayında Çin rəsmi olaraq süni intellektlə çalışan şirkətləri modelləri yalnız siyasi cəhətdən həssas olmayan məlumatlar əsasında öyrətməyə məcbur edən qaydaları təsdiqləyib. Süni intellekt vasitəsilə yaradılan bütün mətnlər, şəkillər və videolar xüsusi işarələnməli və izlənilə bilən olmalıdır. Rəsmi məlumatlara görə, kampaniya çərçivəsində üç ay ərzində süni intellektlə əlaqəli təxminən 960 min “qanunsuz və ya zərərli” məzmun vahidi silinib, süni intellekt isə epidemiyalar və təbii fəlakətlərlə yanaşı milli fövqəladə hallara cavab planına daxil edilib.

Bununla yanaşı, nəşrin mənbələrinə görə, Pekin sektora həddindən artıq təzyiq göstərməkdən yayınmağa çalışır, çünki qlobal süni intellekt yarışında, xüsusilə ABŞ-la rəqabətdə mövqelərin zəifləməsindən ehtiyat edir. WSJ xatırladır ki, daha əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin bəyan etmişdi ki, müvafiq təhlükəsizlik tədbirləri görülməzsə, süni intellektin inkişafı “misilsiz risklər” yarada bilər.

Son xəbərlər
Digər xəbərlər