10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın istiqrazları bahalaşmaqda davam edir

Dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycanın dövlət istiqrazları dəyər qazanmaqda davam edir.

Azərbaycanın dövlət qiymətli kağızları 0,2-0,3 bənd bahalaşıb.

Rusiyanın qiymətli kağızlarının dəyəri müxtəlif cür dəyişsə də, Qazaxıstanın istiqrazları praktiki olaraq dəyişməz qalıb.

Qeyd edək ki, neftin ucuzlaşmasına səbəb dolların möhkəmlənməsidir. Dolları isə ABŞ-da işsizliyin səviyyəsi ilə bağlı açıqlanan statistika bahalaşdırır. Belə ki, ABŞ-da işsizlik müavinəti ilə bağlı müraciət edənlərin sayında azalma müşahidə olunur.

Üstəlik, Kanada baş verən irimiqyaslı yanğınlardan fəaliyyətini dayandıran neft şirkətləri artıq iş başındadır. Bu da neftin ucuzlaşmasına təsir edir.

APA

 

Son xəbərlər
Digər xəbərlər