4 C
Baku
Friday, December 26, 2025

Prezidentin Sərəncamıyla bayrama görə veriləcək 200 manat bu tarixdə karta oturulacaq

“Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki, bunlar da dekabrın 30-dək ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-da isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə vəsaitləri ödənilib.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər