Naxçıvan Muxtar Respublikasında sosial ödənişlərin və əməkhaqlarının nağdsız ödənilməsi ilə bağlı iki iri məbləğli satınalma müsabiqəsi elan edilib.
Banker.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən bank xidmətlərinin satın alınması məqsədilə açıq müsabiqələr təşkil olunub.
Birinci müsabiqə əməkhaqlarının və icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi üçün bank xidmətlərinin satın alınmasını əhatə edir. Bu satınalma üçün ehtimal olunan qiymət 1.787.500 manat müəyyən edilib.
İkinci müsabiqə isə icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə bank xidmətlərinin satın alınması ilə bağlıdır. Bu satınalma üzrə ehtimal olunan məbləğ 550.000 manat təşkil edir.







