Mərkəzi Bankdan “Formula -1”lə bağlı manat açıqlaması

Qeyri-iş günlərində banklarda əməliyyatlar məhdud olacaq.

Azərbaycan Mərkəzi Bankının iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Mərkəzi Bankdan verilən məlumata görə,  iş qrafikinin uzadılması Bakı şəhərində “Formula -1” üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.

“Formula -1” oyunları ilə bağlı həm Mərkəzi Bankda, həm bank sekorunda iş rejimi dəyişdirilsə də qeyri-iş gunlərində heç də bütün əməliyyatlar aparılmayacaq. Bunu ANS-ə eksklüziv müsahibəsində Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib:

“Nəğd pulla bağlı təchizat məsələsində problem olajaqsa, Mərkəzi Bank bunu təchiz edəcək.  Bankların ehtiyajı yaranacaqsa, Mərkəzi Bank onu təchiz edəcək. Amma təsərrüfat subyektləri qeyri-iş günlərində işləmədiyi üçün hesablaşma əməliyyatları aparılmayacaq. İşdən kənar vaxtları nəzərdə tuturam. Onda bank əməliyyatlarına ehtiyac olmayacaq. Sadəcə, rejim gələn qonaqlarla bağlı əməliyyat hissəsinə uyğunlaşdırılacaq”.

Qaldı “Formula -1” yarışı ilə bağlı manatın məzənnəsində hər hansı kəskin dəyişiklik ehtimalına, Alim Quliyev bunu istisna edərək bildirdi ki, bu tədbir manatın dəyərdən düşməsi üçün fundamental əsas deyil.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər