8 C
Baku
Tuesday, December 30, 2025

Suriyada əsginaslarda Əsəd ailəsinin təsvirləri zeytun və güllərlə əvəzlənib

Suriya prezidenti Əhməd əş-Şəraa keçmiş ölkə prezidenti Bəşər Əsədin və onun atası Hafiz Əsədin portretləri əvəzinə çiçəklər, portağallar və zeytunların təsvir olunduğu yeni banknotların layihəsini təqdim edib. Bu barədə SANA agentliyi məlumat yayıb.

Prezident bildirib ki, ölkədə yeni banknotların dövriyyəyə buraxılması denominasya ilə bağlıdır və onun sözlərinə görə, bu addım bir dövrün sona çatmasını və Suriya üçün yeni mərhələnin başlanmasını simvolizə edir. O qeyd edib ki, üzərində tut ağacı, portağallar, zeytunlar və buğda sünbülləri təsvir ediləcək yeni əsginaslar Suriyanın irsini əks etdirir və dollar asılılığının azaldılmasına xidmət edir.

Yenilikdən əvvəl 2 min funt nominalında olan banknotda Bəşər Əsədin, 1 min funtluqda isə onun atasının portreti yer alırdı. Digər əsginaslarda isə Suriyanın mədəni irsinə aid obyektlər təsvir olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər