2016-cı il mayın 1-nə Azərbaycanda banklar tərəfindən 2,553 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 5,3% azdır. Banker.az xəbər verir ki, bu barədə İnterfaks agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Mayın 1-nə Bakıda 1,412 min ədəd (azalma 6%), regionlarda 1,141 min ədəd bankomat (azalma 4,3%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-aprel aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə may ayının əvvəlinə onların sayı 73,96 min ədəd (azalma 7,9%) təşkil edib.
Bununla yanaşı, Bakıda 42,762 min ədəd (azalma 12,7%), regionlarda 31,198 min ədəd (azalma 0,5%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 72,676 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,2%-i quraşdırılıb.