İki növ yanacağın bahalaşmasının fonunda bəzi avtomobillərin qiyməti də arta bilər.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Aİ-92 markalı benzinin və dizelin qiymətindəki artım avtomobil alıcılarını daha qənaətcil seçimlərə yönəldəcək.
Ekspert deyir ki, xüsusən hibrid və plug-in hibrid avtomobillərə marağın artması qaçılmazdır.
O hesab edir ki, növbəti ilin ilk aylarında yanacaq sərfiyyatı az olan avtomobillərdə 5-10 faiz civarında qiymət artımı olacaq. Təxminən 2700-2800 min manatlıq Çin istehsalı olan avtomobillərdə 2500-3000 manat bahalaşma qaçılmazdır.







